
Админ
Редактор
Neft Fondu bu il 7 mlrd. dollardan çox xarici valyutanı satışa çıxara bilər
Dövlət büdcəsinə transfertlə bağlı öhdəliklərin icra edilməsi məqsədilə Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən Mərkəzi Bankın təşkil etdiyi hərraclar vasitəsilə xarici valyuta, yəni ABŞ dolları vəsaitləri manata konvertasiya edilir.
Bu barədə "APA-Economics"ə ARDNF-nin valyuta satışı üzrə limitin olub-olmaması sualını cavablandırarkən Fonddan bildirilib.
Xatırladaq ki, Dünya Bankının sonuncu aylıq hesabatında qeyd olunub ki, cari ilin yanvar ayında ARDNF təxminən 645 mln. ABŞ dolları dəyərində valyuta satışı həyata keçirib, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə iki dəfədən çoxdur və satış üzrə aylıq limiti 8% üstələyib.
Fonddan həmçinin bildirilib ki, ARDNF-nin büdcəsinin xərc istiqamətlərində əsas yeri dövlət büdcəsinə transfertlə bağlı öhdəliklər təşkil edir. Dövlət büdcəsinə transfertlə bağlı xərclər ARDNF-nin öhdəliyidir və xam neftin qiymətlərindən asılı olmayaraq, bu öhdəlik yerinə yetirilməlidir. Sözügedən öhdəliklərin icra etmək məqsədilə Fond tərəfindən Mərkəzi Bankın təşkil etdiyi hərraclar vasitəsilə xarici valyuta, yəni ABŞ dolları vəsaitləri manata konvertasiya edilir.
"ARDNF-nin 2021-ci il büdcəsində 12,2 mlrd. manat həcmində büdcə öhdəliyi nəzərdə tutulub ki, manatla ifadə edilən bu öhdəliyin icrası üçün Fond tərəfindən il ərzində ümumilikdə 7,17 mlrd. ABŞ dolları məbləğində xarici valyuta 12 aylıq satış qrafiki əsasında satışa çıxarılır", - ARDNF-dən bildirilib.
Fonddan onu da əlavə ediblər ki, Mərkəzi Bankın keçirdiyi hərraclarda valyutaya tələbatının həcmində yaranan dəyişiklikdən asılı olaraq, aylıq valyuta satışlarında müəyyən kənarlaşmaların (artım və yaxud azalmaların) olması istisna edilmir.
Azərbaycanda COVID-19 pandemiyasının başladığı dövrdən (aprel ayı) indiyədək, ARDNF tərəfindən valyuta hərraclarında 5,177 mlrd. ABŞ dolları məbləğində vəsait satılıb. Bütün 2020-ci il ərzində isə Neft Fondu valyuta hərraclarında 7,304 mlrd. ABŞ dolları məbləğində vəsait satıb. Bu, 2019-cu illə müqayisədə 11% çoxdur. Satışların pik həddi pandemiya ərəfəsində – mart ayına təsadüf edib və 1,928 mlrd. dollar təşkil edib.
Колумнисты
Нет статей
Нет статей
Нет статей
Нет статей
Нет статей
Нет статей
Нет статей
Нет статей
Нет статей
Нет статей
Нет статей
Нет статей
Нет статей
Нет статей
Нет статей
Нет статей
Нет статей
Нет статей
Нет статей
Нет статей
Нет статей
Нет статей
Нет статей
Нет статей
Нет статей
Нет статей
Нет статей
Нет статей
Нет статей
Нет статей
Нет статей
Нет статей
Нет статей
Нет статей
Нет статей
Нет статей
Нет статей
Нет статей
Нет статей
Нет статей
Нет статей
Нет статей
Нет статей
Нет статей
Нет статей
Нет статей
Нет статей
Нет статей
Нет статей
Нет статей
Нет статей
Нет статей
Нет статей
Нет статей
Нет статей
Нет статей
Список новостей
Все новостиDuman olacaq, sulu qar yağacaq - SABAHIN HAVASI
19.02.2021Azərbaycan gömrüyü Avropanın tranzit sisteminə qoşulacaq
19.02.2021E-sosial.az portalında istifadəçi sayı 852 minə çatıb
19.02.2021Azərbaycanda dövlət qulluğuna test imtahanları keçirilib
19.02.2021Adil Qeybulladan peyvənd tövsiyəsi: Şayiələrə uymayın!
19.02.2021İnhisarçı məmurlar və deputatlar ictimai mənafeyə qarşı - 15 il gecikən qanun
19.02.2021Azərbaycanın Baş naziri Əli Əsədov Ankarada TANAP-ın ofisində olub
19.02.2021Smart-kart tipli sayğaclara ödəniş etmək olmur? - AÇIQLAMA
19.02.2021Yoluxanların sayı artdı, ölənlər var - Koronavirus
19.02.2021