Vüqar Səfərli ilə həbs edilən şirkət rəhbəri azadlığa buraxıldı

Turana Agayeva

Redaktor

15.05.2025
93

Vüqar Səfərli ilə həbs edilən şirkət rəhbəri azadlığa buraxıldı

Ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq direktoru Vüqar Səfərli ilə birgə məhkum edilmiş “Portos” MMC-nin direktoru Nadir Məmmədov vaxtından əvvəl azadlığa buraxılıb.

Valyuta.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, yerli məhkəmə məhkumun xəstəliyi ilə bağlı belə qərar qəbul edib.

Qərara əsasən, onun qalan 1 il 2 aylıq həbs cəzası şərti hesab edilib, cəzaçəkmə müəsisəsindən azadlığa buraxılıb.

Qeyd edək ki, Vüqar Səfərli və Nadir Məmmədov 2021-ci ilin yanvarında həbs edilib. Vəzifə cinayətlərində təqsirli bilinən V.Səfərli yekun olaraq 10 il 6 ay, N.Məmmədov 5 il 6 ay azadlıqdan məhrum edilib. Bu iş üzrə yalnız adları çəkilən şəxslər həbslə cəzalandırılıb, digərlərinə şərti cəza verilib.

Paylaş

Bizi izləyin

Növbəti xəbər yüklənir...

Maliyyə Xidmətləri

Bank və Sığorta Reklamları

+994 55 213 76 73

Valyuta məzənnələri

Yüklənir...