Azərbaycanda 11 mindən çox şəxs aliment ödəməmək üçün gizlənib - Rəsmi

Turana Agayeva

Редактор

15.05.2025
53

Azərbaycanda 11 mindən çox şəxs aliment ödəməmək üçün gizlənib - Rəsmi

​Ötən il Azərbaycanda 11 min 140 nəfər aliment öhdəliklərini yerinə yetirmədiyi üçün müvafiq dövlət orqanlarından gizlənib.

Dövlət orqanları aliment öhdəliklərini ödəməkdən yayınaraq gizlənən şəxslərin 6 min 778 nəfərinin və ya 60,8%-nin yerini müəyyən edə bilib.

4 min 362 nəfərin axtarışı isə ötən il ərzində davam etdirilib.

Məlumat üçün onu da bildirək ki, aliment öhdəliklərini ödəməkdən yayınaraq gizlənən şəxslərin sayı boşanan şəxslərin təxminən yarısına bərabərdir.

Belə ki, ötən il Azərbaycanda 21 384 nəfər boşanıb və aliment ödəməmək üçün gizlənən şəxslərin sayı isə 11 140 nəfər olub.

Son 5 ildə aliment ödəməmək üçün gizlənən şəxslərin sayı aşağıdakı kimi olub:

2020-ci ildə - 9 187 nəfər;
2021-ci ildə - 10 197 nəfər;
2022-ci ildə - 10 578 nəfər;
2023-cü ildə - 11 217 nəfər;
2024-cü ildə - 11 140 nəfər.

©Yeniavaz.com

Поделиться

Подписывайтесь на нас

Növbəti xəbər yüklənir...

Maliyyə Xidmətləri

Bank və Sığorta Reklamları

+994 55 213 76 73

Курсы валют

Загрузка...