Milyarder Uorren Baffet qocalıq əlamətlərindən şikayətlənir

pervin

Redaktor

15.05.2025
44

Milyarder Uorren Baffet qocalıq əlamətlərindən şikayətlənir

94 yaşlı amerikalı milyarder Uorren Baffet qocalma əlamətlərindən şikayətlənib. 

Valyuta.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" məlumat yayıb.

Baffetin sözlərinə görə, o, yaşının təsirini ilk dəfə 90 yaşına çatdıqda hiss etməyə başlayıb. Bəzən müvazinətini itirdiyini və qarşısında dayanan şəxsin adını xatırlamaqda çətinlik çəkdiyini deyib. Milyarder qeyd edib ki, yaşlandıqca o, öz iş qabiliyyəti ilə varisi, 62 yaşlı Qreq Abel arasında fərqi daha çox hiss etməyə başlayıb.

"On saatlıq bir iş günü ərzində onun enerji səviyyəsi və bacardığı iş həcmi ilə mənim eyni müddət ərzində edə bildiklərim arasında fərq getdikcə daha aydın görünürdü", deyə deyə Baffet bildirib.

3 may tarixində Baffet "Berkshire Hathaway" konqlomeratının baş direktoru vəzifəsindən getdiyini elan edib və onun yerinə varis kimi Abeli göstərib. Lakin o, şirkətin Direktorlar Şurasının sədri olaraq fəaliyyətini davam etdirəcək. 

"Forbes"in məlumatına əsasən, Baffet dünyanın ən varlı insanlarından biridir. 5 may 2025-ci il tarixinə olan məlumata görə, onun sərvəti 159,6 milyard ABŞ dolları məbləğində qiymətləndirilir.

Paşa Məmmədli

Paylaş

Bizi izləyin

Növbəti xəbər yüklənir...

Maliyyə Xidmətləri

Bank və Sığorta Reklamları

+994 55 213 76 73

Valyuta məzənnələri

Yüklənir...